Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti tərəfindən icra olunan layihənin məqsədi iştirakçı gənc tədqiqatçıları “Açıq elm” platformaları, elmi resurslara çıxış imkanları və elmi tədqiqat bazalarından səmərəli istifadə metodları haqqında ətraflı məlumatlandırmaqdır. Eyni zamanda, iştirakçılar indekslər, elmi məqalələrin hazırlanması üsulları və açıq təhsil resursları ilə bağlı təqdimatlarla tanış olublar.