Açılış mərasimi bədii hissə ilə davam edib. Səhnədə müxtəlif rəqs qrupları çıxış edib, robotların rəqsi və dron-şou tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İRİA, AREA-nın birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilən Olimpiadada 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya - “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” üzrə yarışırlar. Ümumilikdə bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Komandaların hazırlıq səviyyəsinin monitorinqindən sonra 153 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, VIII Respublika Robot Olimpiadasında qalib olmuş komandalar bu il noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.